Tapdıq Fərhadoğlu polis zorakılığına məruz qaldı

Sentyabrın 23-də yerli vaxtla səhər saat 10:20-də Bakıda polis “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Quliyevi (Fərhadoğlu) saxlayıb. Saxlanma Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısında övladlarının ölümü ilə bağlı bir qrup valideynin etiraz aksiyası zamanı baş verib.

Bir neçə polis zabiti jurnalistə qarşı güc tətbiq edib, onun əlindən kamerasını və mikrofonunu alıb. Onu Daxili İşlər Nazirliyinin Nəqliyyatda Polis İdarəsinin Sabunçu Dəmir Yolu vağzalındakı polis idarəsinə aparıblar və orada telefonunu alıblar.

Tapdıq Quliyevə qarşı təzyiqi onun həmkarları – jurnalistlər görüblər, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə və jurnalistlərin hüquqlarına əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı şəhər Baş Polis İdarəsinin Monitorinq qrupuna məlumat veriblər.

Polisdə jurnalistin həmkarlarına və vəkilə telefon etməsinə imkan verilməyib. Onu idarədə yarım saat saxlayıblar, “bir daha belə şeylər etməməyi” tövsiyə ediblər.

 

amerikaninsesi.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button