Tarif siyasəti ilə əlaqədar Azercell Telecom MMC-nın rəsmi bəyanatı

azercell21.04.2014

Azercell Telekom MMC trafik mübadiləsi üzrə qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyir, çünki, sözügedən qərar ilk növbədə abunəçilərin maraqlarına qulluq edir. Mobil rabitə bazarının lider şirkəti olaraq biz müştərilər üçün “qiymət-keyfiyyət” nisbətinin əhəmiyyətini dərindən anlayırıq.

Biz abunəçilərimizin gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün planlı şəkildə, daim öz tariflərimizi yeniləyirik. Hal-hazırda mobil bazarın bir oyunçusu ilə fəal danışıqlar mərhələsindəyik. Sözügedən şirkətlə bizim aramızda trafik mübadiləsi üzrə “assimetrik tarif” tətbiq olunur: bu o deməkdir ki, tərəfimizdən həmin operatorun şəbəkəsinə göndərilən trafikin tarifi, onun bizə göndərdiyi trafikin tarifindən daha yüksək təyin olunub. Azercell Telekom həmin operatora dəfələrlə müraciət edərək, trafik mübadiləsi üzrə tarif siyasətinə yenidən baxılmasını təklif etmiş, tariflərin bərabər səviyyəyə gətirilməsinə, mobil xidmətlər bazarında isə rəqabətin güclənməsinə təkan verəcək addımların atılmasına çağırmışdır. Biz qeyd olunan danışıqların təşəbbüskarı kimi çıxış edərək, səylərimizin müvafiq dəstək alacağına inanırıq, çünki bu səylər birbaşa olaraq bütün operatorların abunəçiləri üçün faydalı sayılan şəbəkəxarici zənglərin tariflərinin endirilməsinə xidmət edir.

 Biz mövcud vəziyyətin qısa müddətdə həll olunmasında əminik: fikrimizcə, bazardakı bütün oyunçuların fəaliyyəti, nəticə etibarı ilə, müştərilərin daha müsbət təcrübə ilə üzləşməsinə və onlara göstərilən xidmət səviyyəsinin təkmilləşməsinə təsir etməlidir. Bu hadisələrin müsbət məcrada inkişafı, bizim şəbəkədaxili tariflərin tətbiqində çevik olduğumuz kimi, şəbəkəxarici tariflərdə də eyni, müştəri yönlü yanaşmanı tətbiq etməyə imkan verəcək. Misal üçün, yalnız ötən il ərzində 3-cü dəqiqədən sonra pulsuz danışıq fürsəti yaradan Bölgə tərifi çərçivəsində endirimlər 50%-dan çox təşkil etmiş, nəticədə isə bu tarif bir milyondan artıq abunəçini cəlb etmişdir. Məhz bizdə üç milyondan artıq abunəçi, yəni abunə bazamızın 70%-i, 3-cü dəqiqədən sonra sıfır tarifi ilə danışır: bunların bir milyonu regional, digər iki milyonu isə gənclər üçün tariflərdən yararlanırlar. Şirkətimiz müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir: tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, bölgə sakinləri – hər bir abunəçi özünə daha sərfəli olan tarifi rahatlıqla seçə bilər.

Tariflərin aşağı salınması ilə bərabər, Azercell daim öz şəbəkəsinin və müştəri xidmətlərinin təkmilləşdirilməsinə, yeni innovativ xidmətlərin yaradılmasına vəsait yatırır. Şirkətimiz bundan sonra da bütün abunəçilərə ən sərfəli və keyfiyyətli xidmət göstərmək naminə səylərini davam etdirəcək.

Hörmətlə,

Azercell Telekom MMC

Əlaqəli məqalələr

1 şərh

  1. Azərbaycanda Qızların Hüquqlarının pozulması halları

    Mən- Kərimova Günay Altay qızı Sizə yazıb bildirmək istəyirəm ki, 25.05.2016-29.11.2016-cı illərdə AMEA Zoologiya İnstitutunda texnik (tərcüməçi) vəzifəsini icra etdiyim müddətdə Zoologiya İnstitutunun direktoru, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusifov Elman Fərhad oğlu tərəfindən mənə qarşı seksual xarakterli hərəkətlər olunduğu üçün işdən ərizə yazaraq çıxmışam. Yusifov Elman Fərhad oğlu mənə zor tətbiq etməklə mənim köməksiz vəziyyətimdən istifadə edərək mənə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, 2016-cı ilin Noyabr ayında məni öz otağına çağırmış, otağının qapısını mənim xəbərim olmadan açarla bağlamış və mənə təklif etdiyi spirtli içkini içirtməyə çalışmışdır. Lakin, mənim spirtli içkini içmədiyimi görüb, üzərimə hücum etmiş, əlimdən yapışaraq məni otağındakı divanına uzatmağa cəhd etmişdir. Özümü güclə qollarından ayırdığım vaxt sürətli addımlarla gəlib məni masasına söykəyərək mənə qarşı cinsi təcavüzə cəhd etmişdir. Mən isə nə qədər qışqırsam da, yalvarsam da, o sanki heç nə eşitmirdi. Yenə də bir qədər ondan uzaqlaşmağı bacarsam da, o mənim qollarımdan bərk-bərk yapışaraq, buraxmaq istəmirdi. Nəhayət, cinsi əlaqəyə girə bilməyəcəyini anlayıb, qapını açdı, mən də ondan qurtulmağı bacardım.

    Mənim şikayətlərimi Azərbaycanda heç bir aidiyyatı orqan təmin etmədi (sübutlarımın olmasına baxmayaraq), hətta prezident İlham Əliyev bu mövzuya səssiz qaldı, heç bir tədbir görmədi. Azərbaycan qızların hüquqlarının pozulması, cinsi ayrı-seçkilik, cinsi alçaltma, cinsi qısnama, cinsi təcavüz, zorlama, ailədə gender ayrı-seçkiliyi, qadın alverinin vətənidir. Azərbaycanda bu mövzu heç kimi maraqlandırmır, hətta prezident İlham Əliyevi belə. Hər kəs bu dəhşətli məsələlərə səssiz qalır. Bir kəs bu barədə danışmaq istəyirsə, Azərbaycan əhalisinin əksəriyyəti onu səssizləşdirməyi planlaşdırır, çünki, əksəriyyəti eyni vəziyyətdədir. Onlar kiminsə hər şeyi açıq-aşkar bir şəkildə ortaya qoymasını, “sirləri”ni açmasını istəmirlər. Məni bu mövzuda heç kəs susdura bilməz. Beləliklə, heç bir aidiyyatı orqan mənim şikayətimi təmin etmədiyi üçün Avropaİnsan Hüquqları Məhkəməsinə müraciət etdim. Belə dəhşətli hadisələrin qarşısının alınması üçün mən əlimdən gələni edəcəyəm. Qızlarımız susmasın, problemlərinin həllini axtarsınlar. Səssiz qalmayın, qızlar! Hüquqlarınızı tələb edin, qızlar! Xahiş edirəm bu mövzunun ictimailəşdirilməsində mənə kömək edəsiniz.

    Ad: Günay
    Soyad: Kərimova
    Tel.: (+994)506678123
    Ünvan: Abşeron Gənclər Şəhərciyi, blok 45, mən. 38

    Əlavə məlumat üçün:

    https://www.facebook.com/Gunay.Karimova.04.02.1992/videos/475022579680198/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button