Tatlısəsin başına qara tük çıxıb

Məruz qaldığı hücumda başından yaralanan İbrahim Tatlısəsin Almaniyada keçirdiyi kəllə-beyin əməliyyatından sonra bir sürpriz yaşanıb…

Məlum olduğu kimi, Tatlısəsin zədələnən kəlləsindəki sümüklər əvvəlki funksiyasını yerinə yetirməsi üçün qorunmaq məqsədilə qarın nahiyəsində dəri altına yerləşdirilmişdi. “Qafqazinfo”nun məlumatına görə, Almaniyada bu sümükləri çıxaran həkimlər, güllənin zədələdiyi hissəyə bərpa etmək istəsə də uğurlu nəticə alına bilməyəcəyi üçün plastik cərrahiyyə ediblər.
Bu mərhələdən sonra gözlənilməyən bir irəliləyiş olub. Müğənninin başının hər yerində dümağ saç çıxmağına baxmayaraq, həmin hissədə qapqara saç çıxmağa başlayıb. Tatlısəsin qara saçı görəndə çox sevindiyi, tez-tez bu nahiyəyə baxdığı xəbər verilir.

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button