”Taxta bazar” yandı

Xeyli mağaza zərər görüb, xəsarət alanın olduğu bildirilir

İyunun 20-də Bakı şəhərinin Nərimanov rayonunda tikinti materiallarının satışı bazarında yanğın baş verib.

Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, 10-a yaxın mağaza yanğından zərər görüb. Əsasən taxta, lambrit, boya, “1001 xırdavat” mağazalarındakı mallar yanıb. 3 nəfərin əlindən və üzündən yüngül yanıq xəsarətləri aldığı bildirilir. Yanğın tez bir zamanda söndürülsə də, ətrafdakı mağazaların şüşələri də təzyiqdən partlayıb. Yanğınsöndürənlər yanğının qarşısını almaq üçün həmin mağazaların da mallarını sulayıblar. Nəticədə 50-dən artıq mağaza ziyan çəkib.

Hazırda yanğın söndürülüb. Ərazi yanğınsöndürənlər və polislərlə əhatə olunub. Zərər görmüş mağazaların məhsulları küçəyə töküldüyündən sahibkarlar mallarını xilas etməklə məşğuldur. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğına səbəb “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanmasıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button