Telekabel yayımına nəzarət gücləndirildi

tele“Qanunsuz kabel yayımı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görüləcək”

xural.com -un apa.az-a istinadən verdiyi məlumata görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. 

MTRŞ sədri bildirib ki, “Azərbaycanda kabel televiziyası haqqında” qanun layihəsi üzərində iş başa çatdırılıb: “Artıq qanun layihəsini müvafiq qurumlara göndərmişik. Çox təəssüf ki, ölkədə bəzi şirkətlər qanunsuz kabel yayımı ilə məşğul olur. Onlardan artıq bir neçəsinin adı məlumdur. “Citynet”, “Alfanet”, “Smart TV”.  və digər qanunsuz kabel yayımı ilə məşğul olanlara qarşı ciddi tədbirlər görüləcək”.

 Qeyd edək ki, bu ilin aprel ayında MTRŞ tərəfindən xüsusi razılıq (lisenziya) olmadan qanunsuz şəkildə kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlər görülməsinə başlanılıb.Şura Sumqayıt şəhərində qanunsuz olaraq kabel şəbəkəsi yayım fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət ünvanlayıb.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button