“Texnikabank” rəsmən müflis elan edildi

dollar1

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə “Texnikabank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Xural.com strateg.az-a istinadən bildirir ki, “M.M.M. Perfekt Konsaltinq” MMC ləğvedici təyin edilib. Qərar dərhal icraya yönəldilib. Ləğv prosesində olan “Texnikabank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada lazımi tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Banka tələbləri olan kreditorlara bildirilir ki, tələblərinin qeydiyyata alınması üçün aprelin 15–dək ləğvedici şirkət “M.M.M. Perfekt Konsaltinq” MMC-yə (Xətai rayonu, Babək prospekti 16) müraciət edə bilərlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button