“Tiflis görüşü”nə gedəcək heyətin siyahısı hələ müəyyənləşməyib

rustem-ibrahimbeyov_129.07.2013
Əli Kərimli Tiflisə getməyəcək, İsa Qəmbərin Rüstəm İbrahimbəyovla görüşü ilə hələlik sual altındadır
“İsa Qəmbərin R. İbrahimbəyovla görüşəcəyi dəqiq deyil”.

Bu açıqlamanı APA-ya Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı verib. O bildirib ki, İsa Qəmbərin Milli Şura heyətinin tərkibində Gürcüstana getməsi və Rüstəm İbrahimbətovla görüşünə bu Müsavat Divanının toplantısında qərar veriləcək.

AXCP sədri Əli Kərimlinin isə Gürcüstana getməyəcəyi dəqiqləşib, bu, onun ümumvətəndaş pasportunun olmaması ilə əlaqədardır. 

Qeyd edək ki, sabah Milli Şuranın bir qrup üzvü Rüstəm İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək. Mili Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov görüşdə MŞ-də təmsil olunan aparıcı partiyaların sədrlərinin iştirak edəcəyini deyib. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button