Tiflis su altında: olənlər və yaralananlar var – FOTOLAR (YENİLƏNİB)

tiflis suda1 Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın “Rustavi2” telekanalı xəbər verir.
Gürcüstan hökuməti paytaxta dəymiş ziyanı aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirir.
Qeyd edək ki, təbii fəlakət nəticəsində paytaxt zooparkından heyvanlar qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları heyvanların tapılması istiqamətində tədbirlər görür.
***
Tiflisdə baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Şurasının rəhbəri Mindiya Canelidze təbii fəlakət nəticəsində 4 nəfərin öldüyünü bildirib. Onlardan 3-nün qadın və  bir nəfərin zoopark işçisi olduğu bildirib. Tiflis meri David Narmaniya sonradan daha bir nəfərin meyitinin  aşkarlandığını bildirib.
Hazırda ölənlərin sayı dəqiqləşdirilir.
Tiflisin bir neçə  mərkəzi yollarında hərəkət məhdudlaşdırılıb.
Daşqın zamanı zooparkdakı vəhşi heyvanların qaçdığı da bildirilir. Zooparkdan qaçan heyvanların axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.
Təbii fəlakət zamanı müxtəlif xəsarətlər almış 20-dək sakin  xəstəxanalara çatdırılıb. Daha 10 nəfər itkin düşmüş hesab edilir.
Bizimyol.info fotoları Gənclərin Səsi radiosuna istinadən təqdim edir:
tiflis suda8
tiflis suda7
tiflis suda6
tiflis suda5
tiflis suda4
tiflis suda3
tiflis suda2

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button