Tofiq Yaqublu apellyasiya şikayəti verdi

Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.

Xural.com xəbər verir ki, bunu Report-a açıqlamasında vəkil Aqil Layıc deyib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. Geniş ictimaiyyət, yerli və beynəlxalq təşkilatlar bu ittihamı qondarma hesab edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button