Rubrikalar: GÜNDƏM XuralTAC

Tofiq Yaqublu: Məni bir saat döydülər, tələb edirdilər ki…

“Açıq-aşkar utanmadan yalan danışırlar ki, guya məni Cəfər Cabbarlının heykəlinin yanında tutublar”

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun şikayətinə baxılıb.

Apellyasiya şikayəti üzrə üç gün öncə keçirilən məhkəmədə T.Yaqublu və vəkili Nemət Kərimli bildirmişdi ki, Nəsimi Rayon Məhkəməsində iclasın protokolları saxtalaşdırılıb. T.Yaqublu orada işinə baxılanda Nəsimi Rayon Polis İdarəsində məruz qaldığı işgəncələrdən danışıb, hakim Babək Pənahov onun üzərindəki xəsarətləri görüb. Amma bununla əlaqədar nə ekspertiza təyin edib, nə də bu haqda T.Yaqublunun dedikləri protokolda əksini tapıb.

Vəkil bununla əlaqədar qeydlərini yazılı şəkildə vermiş, apellyasiya məhkəməsi də onları hakim Babək Pənahovun özünə göndərmişdi.

Noyabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov deyib ki, qeydlərə cavab gəlib. Babək Pənahov protokolun saxtalaşdırılması barədə fikirlərlə razılaşmayıb.

Vəkil T.Yaqublunun üzərindəki xəsarətlərlə əlaqədar ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Hakim Əflatun Qasımov bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Deyib ki, sonra qərar qəbulunda bu məsələyə də münasibət bildirəcək.

Ardınca T.Yaqublu necə həbs olunması və işgəncələrdən danışıb. Deyib ki, oktyabrın 19-da saat 15.15 radələrində Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində saxlanılıb. Lakin birinci instansiyada ifadə verən polislər onu başqa yerdə saxladıqlarını iddia ediblər: “Açıq-aşkar utanmadan yalan danışırlar ki, guya məni Cəfər Cabbarlının heykəlinin yanında tutublar. Halbuki görüntülər internetdə, “Youtube”da var, bütün dünya görür ki, harada tutublar. Bunlar yalançı şahidlik edir, cinayət törədir. Saxlandıqdan sonra məni Nəsimi Rayon Polis İdarəsinə apardılar, orada bir otaqda saxladılar. Bir az gözlədim, sonra bir polis əllərimi qandalladı, bir, ya iki mərtəbə aşağıda bir otağa apardı. Orada təxminən bir saat döydülər. Tələb edirdilər ki, siyasi mübarizədən çəkilim, adamları etiraza, mitinqə səsləməyim”.

T.Yaqublu bildirir ki, həmin gün o, heç bir qanun pozuntusuna yol verməyib, əksinə, onun özünə qarşı cinayət törədilib: “Dövlət insanların hüquqlarını qorumalıdır. İnsanları, onların hüquqlarını qorumalı olan bir orqanda mənə qarşı cinayət törədildi. Bu, dövlət adına törədilmiş cinayətdir. Mən hansı rejimə qarşı mübarizə apardığımı yaxşı bilirəm. Onu da bilirəm ki, bunların mütləq cavabı olacaq. Hüquq, qanun, vicdan, ləyaqət işləməlidir və mütləq işləyəcək”.

İşgəncələrlə əlaqədar prokurorluğa da şikayət etdiyini vurğulayan T.Yaqublu məhkəmədən də onu döyənlərin cəzalandırılmasını tələb edib.

Milli Şuranın 19 oktyabr mitinqindən danışan T.Yaqublu deyib ki, Bakı şəhər İcra Hakimiyyəti təklif olunan yerlərdə mitinq keçirməyə icazə verməməklə qanunu pozdu: “Məni də mitinq yerinə gedib çatmamış tutdular”.

Vəkil Nemət Kərimli də vurğulayıb ki, Azərbaycanın Konstitusiyasının 49-cu maddəsi insanların sərbəst toplaşmaq, o cümlədən mitinq keçirmək azadlığına təminat verir: “Avropa Məhkəməsi də qərarlarında göstərir ki, Avropa Konvensiyasının 11-ci maddəsi insanların bu azadlığını qoruyur. Azərbaycan da bu Konvensiyanı ratifikasiya edib. Bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır”.

Vəkil əlavə edib ki, T.Yaqublu mitinq keçirilən yerdən 700-800 metr aralıda saxlanılıb.

Amma hakim Əflatun Qasımov deyilənləri yetərli saymayıb, apellyasiya şikayətini təmin etməyib. T.Yaqubluya 30 sutka həbs cəzası verilməsi barədə Nəsimi Rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Paylaş:

This post was last modified on 3 Noyabr 2019 2:38 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

AXP və “Ədalət”in namizədləri 2 məntəqədə səsləri etibarsız etdilər

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Sərdar Cəlaloğlu 4 məntəqədə seçkinin nəticələrini ləğv etdirdi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Nigar Arpadarai ilə rektorun lider olduğu dairələrlə bağlı daha bir qərar verildi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Tahir Mirkişilinin lider olduğu dairə üzrə şikayət: 2 məntəqə etibarsız hesab olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci seçki…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Koronavirus Naxçıvanın blokadaya düşməsinə səbəb olub

Türkiyə koronavirusun yayılma təhlükəsi səbəbindən təkcə İranla deyil, həm də Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NAR) ilə sərhədlərini bağlayıb. Qeyd edək…

24 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Deputat: “Qumda koronavirusdan 50 nəfər ölüb”

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib. “Report” İLNA xəbər agentliyinə istinadən xəbər…

24 Fevral 2020
Xural.COM