Tofiq Yaqubludan yeni xəbər var-FOTO

“Mən maşın vurulan andan polis gələnə kimi maşından düşməmişəm. Təxribat olduğunu tez anladım deyə. Həm də maşından düşməyə imkan da yox idi. Çünki “Jiqulu” sürücü tərəfindən maşını vurduğuna görə qapını açmaq belə mümkün düyildi”.
Bunu Milli Şura Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ailəsi ilə əlaqə zamanı deyib.

Görüntünün olası içeriği: araba ve açık hava

Qızı Nigar Həzinin verdiyi məlumata görə, Tofiq Yaqublu istintaq təcridxanasında dəyişəcək paltar və gigiyenik ləvazimatlarla təmin olunmayıb. Ona yalnız qoruyucu maska verilib: “İndicə Tofiq Yaqublu ilə danışdım. Çox möhkəmdir və bütün dostlara salam söylədi. Qeyd etdi ki, Şüvəlana gələndən yalnız maska veriblər. Heç bir gigiyenik vasitələr – sabun, diş məcunu, diş fırçası, eləcə də dəyişəcək paltar, zəruzi şeylər veriləməyib. Apardığımız paltarlar əlimizdə qaldı. İndi siz o həbsxananın necə “gigiyenik” olduğunu təsəvvür edin. Virusun bu qədər artdığı bir dövrdə gəl də atanın həyatı barədə narahat olma”.

Görüntünün olası içeriği: 1 kişi, ayakta, araba ve açık hava

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button