Tofiq Yaqublunun apellyasiya şikayəti təmin edilmədi – O, həbsdə qaldı

Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində həbs-qətimkan tədbirinin seçilməsindən verilən şikayətə baxılıb.

Musavat.com xəbər verir ki, prosesdə qərar elan olunub. Qərara əsasən T.Yaqublunun şikayəti təmin edilməyib, Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, T. Yaqublu barəsində Nizami rayon Məhkəməsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, rəsmi məlumata görə, martın 22-də günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub: “Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

T.Yaqublu ittihamları qəbul etmir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button