Tofiq Yaqublunun işi üzrə bu gün təcili məhkəmə olacaq

Tofiq Yaqublu barəsindəki hökmdən verilən şikayətə bu gün Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə onun vəkili  Elçin Sadıqov məlumat yayıb. Onun sözlərinə görə, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apellyasiya şikayətinə ilkin baxış iclası ləğv edilib: “İlkin baxış iclası bu gün saat 16:00-da olacaq. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq”.

Həmçinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə də bu gün Nizami Rayon Məhkəməsində baxılacaq.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirir, hazırda o, “City Hospital”da həkim Adil Qeybullanın nəzarətindədir. Həkimin bildirdiyi kimi, T.Yaqublu sudan və orqanizmin daxili sabitliyini təmin etmək üçün qida olmayan, tibbi preparatların, lazım olan maddələrin yeridilməsindən də imtina edib. Nəticədə onun vəziyyəti daha da ağırlaşıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button