Tokayev Əliyevə Ermənistanla sülh üçün Astana platformasını təklif edib

Yayımlandı: 9 Sentyabr 2024 17:10

İlham Əliyev Tokayevin təklifini Azərbaycan üçün məqbul sayıb

Sentyabrın 9-da Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycanın Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə “president.az” məlumat yayıb.

Bildirilir ki, Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə İlham Əliyevin iştirakını xüsusi qeyd edib.

Azərbaycanın dövlət başçısı dəvətə görə minnətdarlığını bildirib.

Həmçinin Qazaxıstan Prezidenti Astananın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu deyib.

 İlham Əliyev isə deyib ki, iki ölkə arasında danışıqların Astanada aparılması təklifi Azərbaycan üçün məqbuldur.

Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda lüksemburqlu həmkarı ilə birgə keçirdiyi brifinqdə deyib ki, Azərbaycanla sülh müqaviləsi layihəsinin 16 maddəsinin 13-ü üzrə tam razılığa gəliblər.

Onun sözlərinə görə, sülh sazişinin tezliklə imzalanması üçün real şans var:

“16 maddə var, onlardan 13-ü tam razılaşdırılıb, 3-ü qismən razılaşdırılıb”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button