Tokio-2020: Azərbaycan paralimpiyaçıları

14 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı...

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını başa vurub. Yığmamız sabah başa çatacaq Paralimpiadada daha iki qızıl medal qazanıb.

Təmsilçilərimizdən paraatlet Lamiyə Vəliyeva ikinci dəfə fəxri kürsüyə yüksəlib. 100 m məsafəyə qaçışda gümüş medal alan həmyerlimiz 400 m məsafəyə qaçışda qızıl mükafata sahib olub. O, 55 saniyə göstərici ilə finiş xəttinə birinci çatıb.

Digər paraatlet Orxan Aslanov isə uzunluğa tullanmada qızıl medala yiyələnib. Təmsilçimiz 7,36 m nəticə göstərib.

Beləliklə, millimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında çıxışını 14 qızıl, 1 gümüş və 4 bürünc medalla bitirib. Komandamız hazırda medal sıralamasında 9-cu yerdə qərarlaşıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button