Tom de Vaal: “Qarabağ sülhdən çox müharibəyə yaxındır”

Tom de Vaal27.07.2013

Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramları üzrə baş eksperti belə hesab edir

Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramları üzrə baş eksperti Tomas de Vaal-un fikrincə, iki ölkənin elitaları arasında etimad çatışmazlığı daha yüksəkdir.

“İki xalq arasında bir sıra başqa münaqişələrə xas dərin düşmənçilik müşahidə olunmur”, Londonda Beynəlxalq Əlaqələr üzrə Chatham House Kral İnstitutunda “Dağlıq Qarabağ: sülhdən çox müharibəyə yaxın” mövzusunda cümə axşamı keçirdiyi mühazirəsi zamanı ekspert belə deyib.

Siyasi kontekst aradan qalxsa və mübahisələri çözməyə qadir nəzarətçi hakimiyyətin mövcudluğu şəraitində azərbaycanlılarla ermənilər əlaqə qurmağa qadirdilər, o əlavə edib.

Bu səpkidə Thomas de Waal Gürcüstanda yan-yana yaşayan iki xalq nümayəndələrinin təcrübəsini misal çəkib.
Ədalətli polis

“Lakin bu risklər müharibənin sabah başlanacağı demək deyil. Azərbaycan, ritorikasına baxmayraq iqtisadi üstünlüyünü riskə qoymaq istəməzdi.”

“Gürcüstanın Təkəli kəndinin təcrübəsi göstərir ki, arada mübahisələri çözəçək neytral polisin olduğunun nəzərə alınması ilə erməni və azərbaycanlı sakinləri bəbarər yaşaya bildiklərini təsdiq ediblər”.

Tom De Waalın sözlərinə görə, sovet hakimiyyəti vaxtilə ədalətli polis funksiyasını yerinə yetirə bilməyib və belə bir rolun hazırda tətbiqi müzakirə mövzusu deyil.

Chatham House Kral İnstitutu müzakirələrində səslənən fikrə görə, hazırda ölkələr arasında status-kvo hökmü bir müddət müvəqqəti kimi görünsə də uzun vaxtdır ki, dəyişməz qalır.
Müharibə riski

Bölgədə əmin-amanlığa artan hərbi ritorika habelə təmas xəttində atışma halları təhlükə yaradır və vəziyyətin nəzarət altından çıxması riski 20 il əvvəl olduğunundan daha yüksəkdir, Tom De Waal deyib.

Ekspert keçmişə nisbətdə daha müasir silahlara malik bölgədə hərbi risklərin artdığını deyib.

“Lakin bu risklər müharibənin sabah başlanacağı demək deyil. Azərbaycan, ritorikasına baxmayraq iqtisadi üstünlüyünü riskə qoymaq istəməzdi”.

Bəs vəziyyət necə dəyişə bilər?
Kötək və kökə

Bu suala cavabında eskpert deyib ki, hazırda bir çox problemlə üzləşən beynəlxalq ictimaiyyətin əlində geniş resurslar yoxdur.

“Hazırda kötək və kökə təklifi edə biləcək vasitəçi mövcud deyil ki, tərəfləri sülhə təşviq etsin. Elə birisi yoxdur ki, razılıq əldə etməsəniz sizin gününüzü qara və yaxud da razılığa gəlsəniz ağ edəcəm desin”.

Ekspertin sözlərinə görə, Qarabağ dünyanın ən təhlükəli 3 münaqişəsi arasındadır, lakin onun həllinə yönələn resurslar, Bosniya və Kəşmir kimi problemlərin çözülməsinə ayrılmış diqqətə adekvat deyil.

Bununla yanaşı beynəlxalq çözüm yardımı Bosniyada olduğu kimi demokratikləşmə şərtilə gəlir ki, bu da ölkələr tərəfindən qəbul olunmaya bilər.

Tom De Waalın sözlərinə görə tərəflər ATƏT Minsk qrupunu tənqid etsələr də, bu onların özlərinin işlətdiyi vasitəçilik formatıdır və razılığın tərəflərin səyləri nəticəsində əldə olunması barədə tezis həmişəki kimi etibarlı qalır.

Belə bir şəraitdə qeyri-müəyyənlik hələ bir müddət dəyişməz qala bilər, Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramları üzrə baş eksperti deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button