Tovuz istiqamətində vəziyyət yenə gərginləşib

“Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib”.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin “Facebook” səhifəsində məlumat yayılıb.

“Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini artilleriya qurğularından atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusu adekvat tədbirlər görüb”, – məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçməyə cəhd göstəriblər. Buna cavab olaraq, düşmən qüvvələrinin hücumunun qarşısı alınıb. Döyüşlər nəticəsində Azərbaycan ordusunun üç hərbçisi şəhid olub.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button