Tovuz istiqamətində döyüşlər bərpa edilib

Ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın mövqelərinə yenidən hücum cəhdi edib. Rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Azərbaycan tərəfi cavab atəşi açıb.

Öz növbəsində, Ermənistan tərəfi iddia edir ki, Azərbaycan SQ-nin bölmələri diversiya həyata keçirməyə cəhd ediblər, amma atəş ilə qarşılanıblar. Bundan sonra Aygepar və Movses kəndlərinə artilleriya qurğularından atəş açılıb.

Beləliklə, 12-14 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş verən intensiv döyüşlərdən sonra nisbi sakitlik bir günə yaxın davam edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button