Toyuna 1 ay qalmış həkimlər diaqnoz qoydu: 10 gün vaxtınız qalıb… – FOTO

sitare11938781_929582093770132_2009607076_n27 yaşlı Tural Budaqovun valideyinləri fəryad etdilər:

Bu məmləkətdə 50 min manat tapa bilmədik deyə oğlumuzu itiririk.

Sitarə Budaqova: Bizim 27 yaşlı övladımızın ölümünə adi hal kimi baxanların vicdanlarına yazıqlar olsun!

Hepatit B virusuna yoluxan Tural Budaqovun anası Sitarə Budaqova prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Səhiyyə naziri Oktay Şirəliyevə,  Fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciətlərinə cavab almadıqda son çıxış yolu kimi ictimaiyyətə və mətbuata müraciət etdi:

“Müraciətim övladı olan hər kəsədir. Göydə Allah, yerdə Siz oğluma kömək edin.

Oğlum qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alandan sonra həkim açıq dedi: Tural əgər dərhal əməliyyat olunmasa 10 gün yaşaya biləcək. Cərrahiyyə əməliyyatını aparmaq üçün isə 50 min manat pul ödəməliyəm. Uzun müddət apardığımız müalicələr ailəmizin onsuz da ağır olan durumunu bir qədər də ağırlaşdırdı. Artıq bu məbləği haradansa borc tapmaq belə bizə nağıl və yuxu kimi görünür. İmkanlı, qeyrətli Azərbaycan balalarına müraciət edirəm – Balama yardım edin. Bir Ananın fəryadına biganə qalmayın. Tural da bu Vətənin övladıdır və hər zaman da ona layiqli vətəndaş olub. Hər zaman dostlarının, ailəsinin sevimlisi olub. Mehriban, təvazökar, ağıllı, savadlı bir gəncdir. Cəmi bir aydan sonra onun çoxdan planlaşdırdığımız toy məclisi olacaqdı. Turalı sevən hər kəs dərd içində qovrulur. Övladımız gözümüzün qabağında günbəgün saralıb, solur. Bu gün bizə yardım edin, övladımızı ölməyə qoymayın. Söz verirəm ki, əməliyyatdan sonra ailəmizin hər bir üzvü ömrümüzün axırınadək işləməli də olsa, sizlərin borcunu qaytarmağa çalışacaq. Bu gün, məhz sayılı günlər qaldığı üçün sizlərin yardımına ehtiyacım var. Allah da sizlərin yardımçısı olsun…”

Budaqov Tural Müsəllim oğlunun bank hesabı:

14

11939351_929584297103245_1320660687_o 11938781_929582093770132_2009607076_n 11909884_929602047101470_682920433_n 11911412_929582097103465_750737202_n 11909615_929582317103443_644645921_n yyy w6w6w w6w6 11948076_929582133770128_1631873831_n 666666 44444 9999 7777 6666 888 777 555 88 77 55 44 35 12 11 9 8 1 2 3 4 6 7 0 0000

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button