TQDK qəbul imtahanlarının vaxtını açıqladı

TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il keçiriləcək qəbul imtahanlarının və tədbirlərin vaxtını açıqlayıb.

TQDK-dan bildiriblər ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu I-IV qruplar üzrə aprelin 1-dən 28-dək, V qrup üzrə mayın 3-dən 17-dək aparılacaq. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə mayın 22-də, V qrup üzrə iyulun 5-də keçiriləcək. Cari ilin məzunları I və IV qruplar üzrə iyulun 15-də, II və III qruplar üzrə iyulun 23-də imtahan verəcəklər. Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən birinci imtahan mayın 1-də, ikinci imtahan (birinci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün) iyunun 12-də keçiriləcək.

Ətraflı məlumatı TQDK-nın rəsmi internet saytından əldə etmək olar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button