Tramp İranı 2 trilyon dollarlıq hərbi texnika ilə hədələdi

ABŞ-la İran arasında qarşılıqlı hədələr ara vermir.

Virtualaz.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın 52 obyektinə zərbələr endirmək planının hazır olduğu barədə tvitinin ardınca bu dəfə Tehranı hansısa yeni silahla hədələyib.

“Birləşmiş Ştatlar elə indicə hərbi texnikaya 2 trilyon dollar xərcləyib…Əgər İran Amerika hərbi bazasına və ya istənilən amerikalıya hücum etsə biz həmin tamamilə yeni və gözəl avadanlığın bir hissəsini onun tərəfə yönləndirəcəyik”,-Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ həmin silahla İranı “tərəddüd etmədən vurmağa hazırdır”.

Qeyd edək ki, ABŞ prezidentinin əmri əsasında İranın xüsusi təyinatlı “Əl-Qüds” qüvvələrinin komandiri general Qasım Süleymani Bağdadda öldürülüb. Bundan sonra iki ölkə arasında hərbi gərginlik sürətlə artmaqdadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button