Tramp özü haqqında impiçment elan olunmasını mümkün hesab etmir

ABŞ prezidenti Donald Tramp cinayət törətmədiyi halda dövlət başçısı haqqında impiçment elan edilə bilməyəcəyini bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bunu məşhur “Qridiron” jurnalist klubunun 133 illiyinə həsr edilmiş tədbirdə bəyan edib.

D. Tramp haqqında impiçment elan ediləcəyi barədə çıxışlara son qoyulmasını tələb edib. Opponentlərini dəyərləndirən ABŞ prezidenti demokratların Konqresin Nümayəndələr Palatasındakı fraksiyasının Nensi Pelosini dəli, ancaq yaxşı qadın adlandırıb.

Qeyd edək ki, D. Tramp 2016-cı ildə keçirilən prezident seçkilərində Rusiya hakimiyyəti ilə əməkdaşlıq edilməsi barədə iddiaları əsassız adlandırır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button