Rubrikalar: DÜNYA XuralTAC

Tramp Putinə işləyir, ya yox?

ABŞ-ın Ədliyyə Nazirliyi ötən gün bəyan edub ki, xüsusi prokuror Robert Müller Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə, habelə ABŞ prezidenti Donald Trampın mümkün qanun pozuntularına dair hesabatı baş prokuror Uilyam Barra təqdim edib.

Baş prokurorun bu barədə məktubu martın 22-də Ədliyyə Nazirliyi tərəfindən açıqlanıb. ABŞ Senatı və Nümayəndələr Palatasında bir neçə yüksək vəzifəli millət vəkillərinə ünvanlanmış bu məktubda Barr bildirir ki, o, hesabatın başlıca nəticələri barədə məlumatı elə “bu həftəsonu” Konqresə təqdim edəcək.

Bundan sonra sözü gedən hesabatın hansı hissələrinin ictimaiyyətə açıqlanacağı barədə qərarı Barr, Ədliyyə Nazirliyi, Konqres və Ağ Ev qəbul etməlidir.

Qanun baş prokuror Barra hesabatın nə qədər hissəsinin açıqlanmasını müəyyən etməkdə geniş səlahiyyət verir.Məhz buna görə də Konqresdə bir çoxları narahatdırlar ki, Trampın Ağ Evi bu sənədin ən kəskin hissələrinin məxfi saxlanmasına çalışa bilər.

Demokrat konqresmen Eric Svalvell CNN telekanalına deyib: “Biz bütün hesabatı və dərhal istəyirik. Biz bu hesabatı prezident ona heç bir redaktə etmədən istəyirik”.

Nümayəndələr Palatası bu ayın əvvəlində Müllerin hesabatının ictimaiyyətə açıqlanmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib. Martın 22-də Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senat demokratlarının lideri Çak Şumer deyiblər ki, hesabatın tam mətninin ictimaiyyətə açıqlanması “mütləqdir” və Ağ Ev nəyin açıqlanıb, nəyin açıqlanmamasını müəyyənləşdirməməlidir.

Bu iki millət vəkilinin birgə bəyanatında deyilir ki, “Amerika xalqı həqiqəti bilmək haqqına sahibdir”. Ağ Evin mətbuat katibi Sarah Sanders deyib ki, hələlik hesabat barədə brifinq olmayıb.

“Növbəti addımları baş prokuror Barr atmalıdır və biz bu prosesin qaydasınca irəliləməsini gözləyirik”.

Müller 2017-ci ildən bəri həm Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini, həm də prezident Donald Trampın adamlarının Rusiya rəsmiləri ilə əlaqələrini araşdırırdı. Müller habelə Trampın bu təhqiqata qanunsuz olaraq maneçilik törədib-törətmədiyini aşkara çıxarmalı idi.

O bu məqsədlə Tramp-ın FTB direktoru Ceyms Komidən özünün ilk milli təhlükəsizlik müşaviri Maykl Flinnin Rusiya ilə əlaqələrinin araşdırılmasının dayandırılmasını istəməsini, habelə bunun ardınca Kominin hansı səbəbə vəzifəsindən uzaqlaşdırmasını təhqiq edirdi.

Öz təhqiqatının gedişində xüsusi prokuror 30-dan artıq şəxsə qarşı müxtəlif ittihamlar irəli sürüb. Bunların arasında Trumpın keçmiş kampaniya rəhbəri Pol Manafort və onun qeyri-rəsmi müşaviri Rocer Ston da var. Lakin bugünədək bu ittihamlardan heç biri Tramp rəsmiləri ilə Rusiya rəsmiləri arasında sövdələşmənin olub-olmadığına dair sualla bağlı olmayıb.

Müller habelə Demokrat Partiyası rəsmilərinin kompüterlərinə haker hücumları ilə bağlı Rusiya kəşfiyyatının vəzifəli rəsmilərinə, Rusiyanın “troll fabriki” kimi tanınan şirkətinə qarşı da ittihamlar irəli sürüb.

Tramp Müller-in apardığı təhqiqatı dəfələrlə “əcinnə ovu” adlandırıb və özünün seçki kampaniyası ilə Rusiya arasında hər hansı sövdələşmənin mövcudluğunu inkar edib.

Rusiya da ABŞ kəşfiyyat agentliklərinin Moskvanın ABŞ seçkisinə Trampın xeyrinə müdaxilə etdiyinə dair qiymətləndirməsini rədd edir.

Paylaş:

This post was last modified on 23 Mart 2019 2:12 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Parlament seçkiləri ilə bağlı MSK-ya daxil olan müraciətlərin sayı açıqlandı

MSK-ya 177 müraciət daxil olub. “Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Real TV deputatlığa namizəd olan əməkdaşlarını cəzalandırdı

Real TV kanalının üç əməkdaşı - Ləman Ələşrəfqızı, İlqar Mikayıloğlu və Afət Telmanqızı işdən çıxarılıb. Bu barədə Afət Telmanqızı şəxsi…

17 Fevral 2020
  • GÜNDƏM
  • İQTİSADİYYAT
  • XuralTAC

Qubad İbadoğlu: “Son 7 ildə iqtisadiyyatımız irəli yox, geri gedib”

Qubad İbadoğlu ADR Hərəkatının sədri   "Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası tətbiq olunduğu 7 ildə milli iqtisadiyyat irəli yox,…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfərə gələcək. Bu barədə “Report” diplomatik mənbəyə istinadən xəbər verir. Agentliyin həmsöhbəti…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Zəngilan və Qubadlıdan olan xanımlar Mehriban Əliyevaya müraciət etdilər-Seçkilərin nəticəsi ilə bağlı

Bir neçə gündür müxtəlif dairələr üzrə 9 fevral Milli Məclisə seçkilərin nəticəsindən etirazlar davam etməkdədir. Çoxsaylı saxtakarlığın və qanun pozuntusunun…

17 Fevral 2020
  • GÜNDƏM
  • XuralTAC

Güləşçimiz Ermənistan təmsilçisinə qalib gəlib medal qazandı

Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.…

17 Fevral 2020
Xural.COM