Tramp Türkiyəyə daha bir zərbə vurdu

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisinin iki dəfə bahalaşması barədə qərarı təsdiqləyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə şəxsi Tvitter hesabında yazıb: “Türk lirəsinin çox güclü dollarımız qarşısında sürətlə dəyər itirdiyi bir vaxtda Türkiyədən gələn alüminium və poladın gömrük vergisinin 2 dəfə bahalaşmasını təsdiqlədim. Alüminiumda bu göstərici 20, poladda 50 fazidir. Türkiyə ilə münasibətlərimiz hazırkı dövrdə yaxşı deyil”.

Trampın sözügedən tvitindən sonra dollar 6.38 lirəyə çatıb.

Yeri gəlmişkən, ABŞ daha əvvəl Çindən gətirilən mallara 25% rüsumlar tətbiq etmişdi. Buna cavab olaraq Pekin də Amerika məhsullarına eyni ölçüdə rüsumlar tətbiq etdi.

Trampın sözlərinə görə, ABŞ 2017-ci ildə beynəlxalq ticarətdə 817 milyard dollar itirib.

Donald J. Trump

@realDonaldTrump

I have just authorized a doubling of Tariffs on Steel and Aluminum with respect to Turkey as their currency, the Turkish Lira, slides rapidly downward against our very strong Dollar! Aluminum will now be 20% and Steel 50%. Our relations with Turkey are not good at this time!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button