Trampdan inanılmaz mesaj: “Ərdoğan birinci dərəcəli şahmatçıdır…”

ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasından olan rəqibi Co Baydenin prezidentlik kürsüsünə layiq olmadığını bir daha bildirib.

Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri Baydenin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan kimi əcnəbi liderlərlə bacara bilməyəcəyini iddia edib.

“Ərdoğan kimi əcnəbi liderlər birinci dərəcəli şahmat oyunçusudur. Mən onların hamısını tanıyıram. Hamısı ilə yaxşı anlaşırıq. Türkiyədən Ərdoğan… Hamısı… Onlarla bacara bilməyəcək zehni imkanlardan məhrum ABŞ prezidenti olmamalıdır”, – deyə Tramp bildirib.

Tramp iddia edib ki, ötən həftə dünya liderləri ondan Ərdoğana zəng etməyini xahiş edib:

“Nə üçün” – deyə soruşdum? Onlar isə “O, ancaq səni dinləyər, bizi eşitmir. “Bu, ABŞ üzündən belədir” deyə soruşduqda, “Xeyr, sənin xarakterin səbəbindən… O, tək səni dinləyir. Çünki o xarakter yalnız səndə var. Onunla (Ərdoğan) razılaşa bilirsən”.

Qeyd edək ki, ABŞ Prezidentliyinə namizəd Co Bayden Ərdoğana qarşı müxaliflər və terrorçuların dəstəklənməsinin vacibliyini vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button