Trampın İranı təhdid etməkdə əsl məqsədi Ruhani ilə görüşməkdir?

Ağ Ev bununla bağlı məchul cavablar verir

 

Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında birbaşa danışıqların mümkünlüyü barədə verilən sualları şərh etməkdən boyun qaçırıb.

 

Musavat.com “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Sara Sanders jurnalisltər üçün keçirilən brifinqdə bu sözləri söyləyib: “Məndən detallara varmağı və bunu mətbuatda müzakirə etməyi gözləməyin. Məsələ ilə bağlı son qərarı prezident verəcək. Prezidentin əsas məqsədi nüvə silahının İranın əlinə keçməməsidir”.

 

Xatırladaq ki, Tramp daha öncə İranın ABŞ-ı təhdid etməsi halında “gözlənilməyən nəticələrlə ağır zərər görəcəyini” bildirmişdi. Həsən Ruhani isə öz növbəsində ABŞ-ı “odla oynamamağa” çağıraraq, əks halda bundan peşman olacağı barədə xəbərdaqlıq edib.

Siyasi müşahidəçilər Donlad Trampın Kim Çen Inla da eyni taktikanı seçərək, yəni əvvəlcə sərt təhdidlər yağdırıb, daha sonra onunla görüşdüyünü xatırladırlar.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button