“Trend” agentliyinin direktor müavini koronavirusdan vəfat edib

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, ehtiyatda olan polkovnik, politoloq Elxan Ələsgərov vəfat edib.

“Report” xəbər verir ki, o, 66 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.

Qeyd edək ki, E.Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində anadan olub.

O, Birinci Qarabağ müharibəsində iştirak edib.

E.Ələsgərov “Trend” Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini və “Baku International Policy and Security Network” ekspert qrupunun rəhbəri vəzifələrində çalışırdı.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button