Rubrikalar: SİYASƏT XuralTAC

Tural Abbaslı: “Qarabağ Komitəsi müxalifət birliyi deyil”

“Qurumun yaradılmasının səbəbi iqtidara müxalifətçilik etmək yox, sırf Qarabağ və onun azadlığı uğrunda fəaliyyətdir”

Bir qrup ictimai, siyasi xadimin yaratdığı Qarabağ Komitəsi bölgələrdə təşkilatlanır. İki gün öncə Qarabağ Komitəsinin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, Gəncə regional özəyi də yaradılıb.

Ümumiyyətlə isə artıq xeyli müddətdir Qarabağ Komitəsi aktiv fəaliyyət göstərir. Hər həftə geniş tərkibli toplantıları keçirilir. İndiyə qədər bir dəfə mitinq də reallaşdıra bilib. Bir sözlə, hazırda Azərbaycanın ictimai, siyasi təşkilatları arasında məhz Qarabağ Komitəsi dinamikliyi ilə seçilir. Qarabağ Komitəsinin bu gedişlə müxalifətin ana təşkilatı, əsas nüvəsi, hərəkətverici qüvvəsi olması gözləniləndirmi?

Komitənin İşçi Qrupunun üzvü, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, son illər Azərbaycanın ictimai, siyasi səhnəsindəki aktivliyə nəzər salsaq həqiqətən də Qarabağ Komitəsinin fəaliyyəti burada çox önə çıxır:“İstər keçirdiyi tədbir, kütləvi aksiyalar olsun, istərsə də cəmiyyətdəki proseslərə reaksiyası və xalqın marağı baxımından Qarabağ Komitəsinin öncül fəaliyyəti danılmazdır. Bir çox insanlar indi anlamasa da gələcəkdə anlayacaqlar ki, bu komitənin fəaliyyəti bəlkə də Qarabağın birdəfəlik itirilməsinin qarşısını aldı və buna davam edir. Baxmayaraq ki, Qarabağ Komitəsinə qarşı istər hakimiyyət təmsilçiləri, istərsə də özünü müxalifət adlandıran bir çox partiyalar hücum etməklə, işinə maneə yaratmaqla məşğuldurlar. Biz komitə olaraq bir yandan dost saydıqlarımızın hücumlarını dəf etməklə, digər yandan isə Qarabağ uğrunda siyasi mübarizə aparmaqla məşğul olmaq məcburiyyətində qalmışıq. Komitənin İşçi Qrupunun üzvü kimi bəyan edirəm ki, bizi haqq yolunda mübarizədən kimsə çəkindirə bilməyəcək.

Sualınıza gəldikdə isə qeyd edim ki, biz Qarabağ Komitəsi olaraq belə yanaşmanın qəti əleyhinəyik. Komitəni təsis etdiyimiz ilk gündən, sonra da qəbul etdiyimiz bütün normativ sənədlərimizdə dəfələrlə vurğulamışıq ki, Qarabağ Komitəsi qətiyyən müxalifət birliyi deyil və müxalifət birliyi olmaq iddiasında da deyil”.

T.Abbaslı vurğuladı ki, Qarabağ Komitəsinin yaradılması səbəbi iqtidara müxalifətçilik etmək yox, sırf Qarabağ və onun azadlığı uğrunda fəaliyyətdir: “Komitənin işində iştirak etmək üçün dəfələrlə Azərbaycandakı bütün partiyalara, eləcə də YAP-a da dəvət göndərilib. Biz hesab edirik ki, Qarabağ bütün siyasi hədəf və ambisiyalardan üstə dayanmalı ümummilli məsələdir. Bu məsələdə iqtidar-müxalifəf olmamalıdır. Bu mövzunu hakimiyyət uğrunda savaşa çevirməyi doğru hesab etmirik, burada ancaq bir məqsəd olmalıdır, o da Qarabağ. Qarabağın azadlığı uğrunda hər kəs üzərinə düşən məsuliyyəti dərk erməli və bu məsuliyyətdən çıxış edərək davranmalıdır”.

Paylaş:

This post was last modified on 1 Dekabr 2018 12:42 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM