“Tural dedi ki, Səidəyə kömək etməliyik, özünü öldürmək istəyir”

“Soyulan” qadın və dəstə üzvləri məhkəmə qarşısında

134 minlik mənimsəmə və saxta “soyğun planı”

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə isintaqı başlayıb. Bizimyol.info xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən dövlət ittihamçısı çıxış edib.

Hadisə Bakı şəhəri Nərimanov rayonu ərazisində baş verib. MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə polisə müraciət edib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri – Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və onlar Xaçmaz rayonunda tutulublar.

Araşdırma zamanı hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub. İttihama görə, Səidə Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib. T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub. Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birlikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib. Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.

S.Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxslər elan edilmiş ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Onlara ifadə vermək təklif edilsə də, S.Məmmədova hazırkı mərhələdə ifadə vermək istəmədiyini söyləyib.

Təqsirləndirilən Tural Quliyev ifadəsində bildirib ki, Səidə Məmmədovanın işlədiyi şirkətdə kassada 50 min manat kəsiri olub, torpağımı satmaq istəsə də, alınmayıb. T.Quliyev qadına mərc oyunlarına pul qoymağı məsləhət görüb, amam orada da pulu uduzublar. Bundan sonra isə məlum planı həyata keçiriblər: “Səidə şirkətdən çıxış vaxtını dedei, taksiyə minəndə Asiflə gedib imırisində 43 min manat olan çantanı apardıq”.

Digər təqdirləndirilən Asif Abdullayev də oxşar ifadə verib: “Tural dedi ki, Səidəyə kömək etməliyik. Ağır vəziyyətdədir, özünü öldürmək istəyir”.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində əvvəlcə həbs-qətimkan tədbiri seçilsə də, sonradan ev dustaqlığına buraxılıblar.(bizimyol.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button