Tural Müseyibovun qayınatasından məxfi biznes

üçqulaq turalBir müddət öncə Azərbaycana xarici ölkələrdən dinləmə qurğularının gətirildiyi, hətta bu qurğulardan kimlərinsə dövlət məmurlarını şantaj etdiyi də söylənilirdi…

XuralTAC TIA-ya istinadən Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov haqqında əldə etdiyimiz maraqlı bir xəbəri nəzərinizə çatdırır. Mənbə bildirir ki, ölkəyə bəzi məmurları dinləmək üçün texnika gətirənlərdən biri də Fövqəladə Hallar Nazirliyində mətbuat xidmətinin rəhbəri olan Tural Müseyibovun qayınatası olub. Bildirilir ki, Museyibovun qayınatası əsasən Yaponiyadan, Çindən elektrik avadanlıqlarının gətirilib satdırılması ilə məşğul olur. Kürəkəninin imkanlarından yararlanan qayınata isə texniki avadanlıqlarla yanaşı, dinləmə qurğuları, gizli çəkilişlər aparmaq üçün videoqurğular da gətirir. Çünki Tural Müseyibovun təsiri ilə onun gətirdiyi yüklər Gömrük Komitəsindən yoxlanılmadan keçirilir və demək olar ki, bu sahədə Tural Müseyibovun xüsusi xidməti var. Hətta son zamanlar Kəmaləddin Heydərovun xəbəri olmadan ərzaq məhsullarının da ölkəyə keçirilməsində Müseyibov aktivləşib. Mənbə onu da bildirir ki, Tural Müseyibov bir sıra iş adamlarına həm də müəyyən faizlər almaqla lobbiçilik edir. Belə olmasaydı, ayda 700-800 manat əmək haqqı alan xidmət rəhbərinin nəinki Bakıda, bir neçə yerdə yüz minlərlə manat dəyərində mənzilləri olmazdı. Həmçinin Türkiyənin İstanbul şəhərində yarım milyon manatlıq böyük bir mənzilə də sahib ola bilməzdi.

Əlaqəli məqalələr

2 şərh

  1. vallah, Tural emelli-bashli biznesmen imish ki… xeberimiz yox… 100 ildirç canimiz chixirç hech kime boyun eymirik, azad metbuat sag olsun deyirikşş jurnalistikadan xeberi olmayanlar(tv-de hansisa tedbirden sujet gostermek mence jurnalistika deyil) bizden yaxshi yashayirlar…. bes bu hokumet hara baxir goresennnn????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button