“Turan Air” ləğv olunur
Azərbaycanın ilk özəl aviaşirkəti olan “Turan Air” MMC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verib.
Məlumatda deyilir ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Turan Air” 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı “Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki “Azərbaycan Hava Yolları” QSC – AZAL) və ABŞ-ın “İTİ Trading İnternational” şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət “Turan Air” Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.