Turan İbrahimov Rauf Arifoğlunun vəkili oldu-FOTO

Tanınmış telejurnalist Turan İbrahimov Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili oldu.

Musavat.com xəbər verir ki, bu gün onun vəkilliyi proseduru rəsmiləşdi. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra T.İbrahimov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.

T.İbrahimov seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat-təşviqat və digər proseslərə nəzarət edəcək. Musavat.com-a açıqlamasında T.İbrahimov bildirdi ki, bu işi sevə-sevə edəcək, həm də yüksək səviyyədə. “Bütün beynimin əsas hissəsini bu işə yönəldəcəm. 2010-cu il parlament seçkilərində Rauf bəylə rəqib olmuşuq. İTV-də baş tutan ilk canlı yayında, bir-birimizə jestlər etdik və dostluğumuz yarandı. O gündən etibarən də Rauf bəylə çox gözəl münasibətlərimiz var.

Vəkili olaraq da prosesə fərqli şəkildə də yardım edəcəyik. Xeyirli nədirsə, o olsun. O xeyirdə bizim də rolumuz olsun”.

Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R.Arifoğlunun digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button