Türk düşməni Jirinovski yeni sərsəmləmələrilə gündəmə gəldi

jirinovski

Jirinovski: Türkiyə torpaqlarını ermənilərə vermək lazmdır

“Türkiyə dövlət kimi ləğv olunmalıdır”.

“Georgi Jukovun 1945-ci ildə Berlində olduğu kimi, mən də Türkiyədə azad olunmuş torpaqların hərbi komendantı ola bilərəm. İstanbulu Konstantinopola dəyişmək, pravoslav kilsələri bərpa etmək, rus dilini ikinci dil etmək”.

Türk düşməni olduğunu heç bir zaman gizlətməyən Jirinovski planları barədə rusnovosti.ru-ya danışıb.

O əlavə edib ki, Türkiyəni dövlət kimi ləğv olunmalıdır, onun torpaqlarını isə kürd, erməni, yunan və bolqarlar arasında bölmək lazımdır. Jirinovski bildirib ki, buna yalnız Rusiyanın “hərbi köməyi” ilə nail olmaq olar.

Liberal-demokrat əminliyini vurğulayıb ki, kürdlər Ankaranı iki həftəyə ələ keçirməyə hazırdılar, ermənilər isə “100 il əvvəl törədilmiş qondarma soyqırımının qisasını almaq istəyirlər”.

Siyasətçi bunu irimiqyaslı müharibə olmayacağını bildirərək, qeyd edib ki,  Avropa Birliyi və NATO Türkiyəyə kömək etmək niyyətində deyillər.

Bundan bir qədər əvvəl isə Jirinovski bəyan etmişdi ki, əgər Türkiyə Suriyaya girərsə, o zaman Rusiya Kürdüstanı dövlət olaraq tanımalıdır.

Qeyd edək ki, beynəlxalq analitiklər Jirinovskini Putinin “danışan dili” kimi də dəyərləndirirlər. Onların təsbitlərinə görə, Putin dövlət başçısı olaraq, dilə gətirə bilmədiyi sərsəmləmələrini Jirinovskinin dili ilə gündəmə gətirir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button