Türk Ordusuna Bakıdan kütləvi müraciət: “Bizi də sıralarınıza alın!”-VİDEO

Türk Ordusunun Suriyada başlatdığı “Barış pınarı” hərəkatına Azərbaycandan kütləvi dəstək var. Bunlardan biri də Naxçıvanın sabiq daxili işlər naziri Siyavuş Mustafayevin öndərliyində başlayıb. Xural.com xəbər verir ki, Raqib Bayramovun və Səttar Qəmbərovun da Moskvadan dəstəkləri ilə Rusiyanın paytaxtında yaşayan bir qrup azərbaycanlı Türkiyə xalqına, Türkiyə Cümhuriyyəti Dövlətinin Prezidentinə, Türkiyənin Xarici İşlər Nazirliyinə və Türkiyə Silahlı Qüvvələrinə müraciət ediblər. Xural.com müraciəti təqdim edir:

“Biz aşağıda imza edənlər Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlılar olaraq Türkiyə xalqına, Türkiyə Cümhuriyyəti Dövlətinin Prezidentinə,Türkiyə Xarici İşlər Nazirliyinə və Türkiyə Silahlı Qüvvələrinə müraciət edirik.
Türkiyə Cümhuriyyəti dövlətinin məşru müdafiə haqqından istifadə edərək başlatmış olduğu “Barış Pınarı” Hərəkatını dəstəkləyirik. Bu hərəkatın Beynəlxalq hüquq normalarına uyğun olaraq Türkiyə sərhədlərini terrorçu qruplardan təmizlənməsini və eyni zamanda Suriya xalqının zülümdən azad edilməsini alqışlayırıq.
Öz adımızdan bildiririk ki, Türkiyəmizin bu haqq işində Türk xalqının və Türkiyə dövlətinin yanındayıq.Türk Silahlı Qüvvələri rəhbərlərindən isə bu şərəfli savaşda bizi də öz sıralarına qəbul etmələrini xahiş edirik!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button