Türkiyə əsgərləri pusquya düşdü

Türkiyədə – Batmanda terrorçular tərəfindən təhlükəsizlik qüvvələrinə qarşı pusqu qurulub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nəticədə bir Türkiyə əsgəri şəhid olub, iki əsgər yaralanıb.

Pusqu Batmanın Gerçüş rayonu, Mava dağı bölgəsində, PKK terrorçuları tərəfindən qurulub.

Meşəlik ərazidə axtarış aparan əsgərlərlə terrorçular arasında atışma baş verib.

Atışma sonrası hadisə yerindən qaçan terrorçuların tapılması istiqamətində geniş əməliyyat başlanılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button