Türkiyə millisi AÇ-2024-ün 1/8 finalına vəsiqə qazanıb

Yayımlandı: 27 İyun 2024 01:03

Gürcülər Portuqaliya yığmasını məğlub edib

İyunun 26-da Almaniyada təşkil olunan Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Üçüncü turun son günündə nəzərdə tutulan 4 matç baş çatıb.

E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Nəticədə, bütün komandaların 4 xalı olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə qrupu 3-cü yerdə bitirən ən yaxşı 4 komandadan biri kimi pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.

Günün son oyunları F qrupunda keçirilib. Gürcüstan millisi Portuqaliyanı 2:0 hesabı il məğlub edib.

Türkiyə yığması isə Çexiya ilə matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Bununla da, meydan sahibi Almaniya, İsveçrə, İspaniya, İtaliya, Avstriya, Portuqaliya, Fransa, Niderland, İngiltərə və Danimarka və Türkiyə Avropa çempionatının 1/8 finalına vəsiqəni rəsmiləşdirib.

Fotolar: Reuters

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button