Rubrikalar: DÜNYA

Türkiyə Qara dəniz sahilində hərbi baza qurur

Türkiyə Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin yeni bazasını qurmağa başlayıb. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hərbi obyekt Gürcüstan sərhədindən təxminən 150 kilometr məsafədə, Sürmen yaşayış məntəqəsində yerləşəcək. Oradan Rusiyanın Soçi şəhərinə 300, Sevastapola isə 650 kilometr birbaşa məsafə var.

Hərbi bazanın tikintisi planları hələ soyuq müharibə dövründən olub, amma Türkiyə hərbiyyəsinin bunun üçün vəsaiti yox idi və əsas vəsaitlər Ankaranın Egey dənizindəki mövqelərinin möhkəmləndirilməsinə yönəlmişdi.

İndi Türkiyənin Cənubi Qafqaz regionunun və Rusiyanın dəniz sahillərinin yaxınlığında yeni hərbi baza qurması Rusiya siyasi çevrələrində belə sual yaradıb: bu hərbi obyekt dünya konyunkturasının dəyişməsi halında Rusiyanın maraqlarına nə dərəcədə təhdid yarada bilər?

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar Mərkəinin eksperti Mixail Aleksandrov deyir ki, Türkiyənin Qara dənizdə baza tikməsi Rusiya ilə Ukraya arasında münaqişənin getdikcə kəskinləşdiyi, habelə Qərbin regionda mövqelərini möhkəmləndirməyə can atdığı bir vaxta təsadüf edir. Onun fikrincə Türkiyə Qara dənizə nəzarət uğrunda gələcək mübahisələrdə daha tutarlı mövqeyə malik olmaq istəyir. Ona görə də Türkiyənin Qara dənizdə donanmasını gücləndirəcəyini gözləmək lazımdır.

Bəs həmin baza hansısa formada Ermənistanı təhdid edə bilərmi? Digər rusiyalı ekspert-türkoloq, müasir Türkiyəni araşdırma Mərkəzinin rəhbəri Yuri Mavaşev bu suala cavab olaraq deyib ki, Ermənistanın Türkiyə ilə dəniz sərhədləri yoxdur. Üstəlik onların hərbi potensialı müqayisə olunmazdır.“Hesab etmirəm ki, Dağlıq Qarabağ münaqişəsinə hansısa formada müdaxilə etmək üçün baza tiksin. Buna sadəcə olaraq zərurət yoxdur”-rusiyalı ekspert deyib.

Virtualaz.org

Paylaş:

This post was last modified on 12 Dekabr 2018 4:50 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Əbülfəs Qarayevin cəzalandırılma səbəbi bilindi-Tarixi xalçanı oğurlayıb özünə villa alan xanım səfirimiz kimdir?

Keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də aydın olub. Sən demə, naziri yanmasında İsveçrədəki səfirimiz Xanım İbrahimovanın da…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi?-Fotolar

Mətbuatda xəbər verildiyi kimi, beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Zaur Qəriboğlu ilə “Siyasət meydanı”: “Maskanı xalqımıza kim yüklədi, cərimələr niyə əfv olunmur?”-VİDEO

3 iyun 2020-ci il, saat 19:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Tural Abbaslı “Siyasət meydanı”nda: “Göyə sovrulan milyardlar, səfalət içində yaşayan xalq…”-VİDEO

03 iyun 2020-ci il, saat 17:00-da canlı yayında Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz…

4 İyun 2020
  • GÜNDƏM
  • XuralTAC

Dövlət Səfərbərlik Xidməti “Siyasət meydanı”nda səslənən fikirlərə görə “Xural”a cavab göndərdi-QARŞI TƏRƏF

Müharibə və Sillahli Qüvvələr veteranı, ehtiyatda olan polkovnik Rasim Şirinov "Siyasət meydanı"nda səslənən bəzi fikirlərə cavab verib. Xural.com qarşı tərəfin…

3 İyun 2020
  • GÜNDƏM
  • QAYNAR QAZAN
  • XuralTAC

Qüdrət Həsənquliyev “Siyasət meydanı”nda: “Müharibədən başqa çarə yoxdur…”-VİDEO

2 iyun 2020-ci il, saat 21:30-da Xural TV-nin “Siyasət meydanı” verilişində Xural TV-nin təsisçisi və baş redaktoru Əvəz Zeynallı BAXCP…

3 İyun 2020
Xural.COM