Türkiyə təhlükəli dönəmə girdi!

işıq koşanerİşık Koşaner istefası ilə bağlı şok məqamlar açıqladı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi İşık Koşaner istefasının ardından açıqlama verib.

Verilən məlumata görə, o, hazırda 173-ü həqiqi hərbi xidmətdə və 77-si ehtiyatda olmaqla 250 general-admiral, zabit, mütəxəssis polis çavuşunun azadlıqdan məhrum edildiyini deyib. Koşaner bu həbslərin beynəlxalq hüquq qaydalarına, haqqa, ədalətə və vicdani dəyərlərə uyğun olduğunu qəbul etməyin mümkün olmadığını bildirib: “Bu durumun səlahiyyətli orqanlara çatdırılmasına, izah edilməsinə rəğmən, problemi qanun çərçivəsində həll etmək mümkün olmayıb. Haqlarında hələ heç bir qəti mühakimə qərarı olmamasına baxmayaraq, həbs edilən 14 general-admiral ilə 58 zabit azadlıqlarının təhdid edilməsi ilə yanaşı, bu il keçiriləcək Ali Hərbi Şurada iştirak etmək haqqını itirmiş və ardınca cəzalandırılmışlar. İstintaq və uzunmüddətli həbslərin digər səbəbi də Türk Silahlı Qüvvələrini gündəmdə saxlamaqla ictimaiyyətdə onun bir cinayət təşkilatı olduğu təəssüratını yaratmaq, bu fürsətdən istifadə edən medianın isə hər cür yalan, iftira və ittihamlarla xalqı öz silahlı qüvvələrinə qarşı qaldırmaqdır”.

Koşaner bu vəziyyətin qarşısının alınmadığına və səlahiyyətli orqanların etdiyi cəhdlərə əhəmiyyət verilmədiyinə görə, heyəti ilə birgə vəzifəsindən istefa etmək məcburiyyətində qaldığını açıqlayıb: “Bu vəziyyət Genelkurmay başkanı olaraq ordu mənsublarının haqq və hüquqlarının qorunması məsuliyyətini yerinə yetirməyimə əngəl olduğundan bu vəzifəni davam etdirmək imkanım yoxdur. Şərtlər nə olursa olsun TSK-nın qəhrəman mənsublarının müqəddəs vəzifələrində bundan əvvəl olduğu kimi bundan sonra da ali intizam, cəsarət və fədakarlıqla uğura çatacaqlarına olan qəti inamımı bir daha inamla ifadə edərə, TSK-nın bütün mənsublarına sağlamlıq diləyirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button