Türkiyə təxribat qarşısında!

Əvəz Zeynallı

 Mətbuat Şurası yalanına və tərbiyəsizliyinə ölkələri də bulaşdırır…

 Türkiyədə yaşamağa gedən həmkarlarımızdan biri məndən qardaş ölkədə təmsilçilik rica etdi. Etiraz etmədim. Onsuz da Türkiyə bizim can və şah damarımızdır, təbii ki, oradan hər zaman sıcaq və təzə xəbərlərə ehtiyacımız olacaq. Həm də mən Türkiyəni yaxşı tanıyan adam kimi dəqiq bilirəm ki, Azərbaycanda Türkiyəni, Türkiyədə isə Azərbaycanı yaxşı tanımırlar. O baxımdan, etiraz etmədim. Lazım olarsa, Türkiyənin Xarici İşlər Nazirliyinə bir məktub yaza biləcyimi dedim. Həmkarımız özü Türkiyənin Azərbaycandakı səfirliyindən bu haqda bilgi almaq istəyib və oradan nə yeyib-nə də içib deyiblər ki, qəzetiniz Mətbuat Şurasının «qara siyahısı»na düşdüyü üçün olmaz. Və… burada artıq söz mənimdir…

***

 Dərhal Türkiyə səfirliyinə telefon açdım. Məsələdən hali olmaq istədim. Habil adlı bir gənc cavab verdi və məsələdən xəbərdarmış kimi, «Əvəz müəllim, həssasiyyətinizi anlayırıq, məsələni müzakirə edirik. Bilirik ki, məsələ nə qədər ciddidir». Mən Habil adlı bu cavana Türkiyənin səfirliyinin bu qərarının təsdiq olunacağı halda olacaqlar barədə məlumat verdim və Habil məsələni araşdırıb mənə məlumat verəcəyini dedi. O da bu ölkənin Daxili İşlər naziri Ramil Usubov kimi əvvəlcə «xod» getdi. Sonra eynən Ramil Usubov kimi mənə cavab verməkdən qaçdı və ölkədə hansı durumda fəaliyyət göstərdiklərini bir daha göstərdi.

Ayın 14-ü, saat 23.54-dür. Mən oxuduğunuz bu yazını yazıram. Bu ana qədər mənə Türkiyə səfirliyinin hər hansı bir səlahiyyət sahibi zəng edib məsələ haqqında məlumat verməyib. O zaman məsələdən Oxucularımı xəbərdar etmək haqqım doğur. Heç kim də inciməməlidir.

***

 Bu ölkədə ən zəif və ən bacarıqsız fəaliyyət göstərən səfirliklərdən biridir Türkiyənin səfirliyi. Mən bunu illərdir müşahidə edirəm. Bunlar yalnız öz çaplarına aid olan köstəbəklərlə işləməyi tərcih edirlər. Bir neçə dəfə cəhd etmişəm, amma bu səfirliyin Azərbaycan türkləri ilə işləmək niyyətini görməmişəm. Olsun. Özləri bilər. Amma Azərbaycan reallıqlarını billə-bilə hansı haqla bu ölkədə küçə hörməti olan bir qurumun sözü və qərarı bunlar üçün əsasdır, onu anlamadım. Kimdir Mətbuat Şurası ki, Türkiyə kimi saqqalı ağarmış qoca bir dövlətin səfirliyi ağzının sözünü bilməyən bisavad 3-5 yaramazın aldığı məsuliyyətsiz bir qərarla hərəkət etsin? Bu, işin mənəvi tərəfidir. İşin hüquqi tərəfinə gəlincə, Türkiyə dövlətinin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur ki? Bu, həm də odur. Və… ayıbdır. Dövlət tərbiyəsizliyə və əxlaqsızlığa ortaq olmaz! Dövlət küçə uşaqlarının səviyyəsinə enməz. Dövlət ölkə daxilində diktatorluğun yaratdığı münbit şəraitdən istifadə edib cirit atanların dəyirmanına su tökməz. Bilmir bunu Türkiyənin Azərbaycankı səfirliyi?! Bilmirsə, biz onu və təlimat aldıqlarını söylədikləri Xarici İşlər Nazirliyini başa salarıq. İzah edərik hər şeyi… Əhməd Davudoğlunun işi-gücü qurtarıb ki, Azərbaycanın küçə səviyyəli mətbuat killerləri ilə əməkdaşlıq eləsin?! Olmamalıdır!

***

 Dövlət Mətbuat Şurasına gəlincə, bunlar dünyanın ən biabırçı adamları imişlər. Üzərlərinə gedəndə «araşdırın, Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilməyib, «Xural» haqqında hazır rəyə imza atılıb, protokollara baxın» deyə mesaj göndərirlər, amma genişliyə çıxanda şərəfsizliklərindən və əxlaqsızlıqlarından əl çəkmirlər. İtlərini üstümə hürdürürlər. Özlərinə oxşatdıqları mirzələrlə mənimlə eyhamlar dilində danışırlar. Sərkərdələri pərən-pərən düşüb, fərarilərini göndəriblər. Həm də məni tanıya-tanıya…

Bəs deyirdilər ki, bizim qərarlarımız eləcə tövsiyə xarakterlidir?! Bəs deyirdilər, bu qərarın başqa yan təsirləri yoxdur?! Rəşad Məcid deyirdi, Aqil Abbas deyirdi, Kəmaləddin Heydərovun Vüsalə Mahirqızısı deyirdi. Bəs bunlar deyirdilər, bizim qərarların heç bir hüquqi nəticəsi yoxdur!?

Bunlar yalançıdır. Aba altından zopa yeridirlər. Bunlar Azərbaycan mətbuatını və Azərbaycan xalqını aldadıblar. Bu əbləhlər guya tövsiyə xarakterli qərarlarını bütün diplomatik korpuslara və dövlət qurumlarına göndərirlər və onların icrasını tələb edirlər. «Tutar qatıq, tutmaz ayran» misali. O zaman heç kimi intizarda qoymayım. Son günlərin aforizmə çevrilən cümlələrini yenidən təkrarlayım:

 Mətbuat Şurasının Şikayətlər Komissiyasında, Reket jurnalistikasına qarşı mübarizə komissiyasında, İdarə Heyətində bizə – «Xural» qəzetinə qarşı alınan o bədnam qərarda iştirak edənlərin hamısı mənim məşhur yazımda dediklərimdir. Nöqtəsinə, vergülünə toxunmadan…

İkincisi, «Xural» qəzetinə reket deyənin atasıdır, anasıdır, ölüsüdür, dirisidir, əb-əcdadıdır reket!

Üçüncüsü, atanızın, ananızın, ölü və dirinizin, ailənizin, ən yaxınlarınızın, ən əzizlərinizin, əb-əcdadlarınızın layiq olduğu siyahıdır bizi – «Xural» qəzetini saldığınız siyahı!

Anlaşıldımı?!

Mən bu siyahıya qardaş ölkənin yaxın günlərdə haqqın rəhmətinə qovuşan əzizini də daxil edirəm! Bizi o siyahıda görən bir başbakan olsa belə!

 İ.S. Saat 00.28. Hələ xəbər yox…:)))

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button