Türkiyədə kürdlərin aparıcı simalarına hökm oxunub

Türkiyə məhkəməsi mayın 16-da kürdyönümlü keçmiş Xalqların Demokratik Partiyasının (HDP) bəzi liderlərini 2014-cü ilin oktyabrında ölkənin bir sıra şəhərlərində kütləvi iğtişaşları qızışdırmaqda təqsirli bilərək uzunmüddətli həbsə məhkum edib.

Partiyanın lideri, prezidentliyə keçmiş namizəd Selahattin Demirtaş 42 il, partiyanın sədr müavini Figen Yüksekdağ 30 il, Mardinin keçmiş bələdiyyə sədri Ahmet Türk isə 10 il müddətinə azadlıqdan məhrum edilib, – “Reuters” xəbər verir.

S.Demirtaş 2016-cı ilin noyabrından həbsdədir. 2020-ci ildə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) rəsmi Ankaradan siyasətçinin dərhal azadlığa buraxılmasını tələb edib. Lakin Türkiyə hakimiyyəti indiyədək AİHM-in qərarını icra etməyib.

2014-də Suriyanın bir hissəsini zəbt edən İŞİD qruplaşması PKK (Kürdüstan Fəhlə Partiyası)/YPG (Xalq Müdafiə Birlikləri) ilə savaşaraq Kobaniyə qədər irəliləyib. Konbanidə olan PKK/YPG qruplaşmalarına dəstək üçün HDP həmin il oktyabrın 6-da Türkiyədəki tərəfdarlarını küçələrə çağırıb. Kürd əsilli insanların yaşadığı bölgədə böyük iğtişaş yaranıb. İkisi polis olmaqla 35 nəfər həlak olub, yüzlərlə şəxs xəsarət alıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button