Türkiyədə öldürülən səfir Andrey Karlov kimdir?

Xəbər verildiyi kimi, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov türkiyəli polis Mövlud Mərd Altıntaş tərəfindən bu gün Müasir Sənətlər Mərkəzindəki sərgidə qətlə yetirilib.
Bəs sui-qəsd zəminində həyatına son qoyulan Andrey Karlov kimdir?
Musavat.com xəbər verir ki, 1954-cü ildə dünyaya gələn Karlov, 1976-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan məzun olub. 1992-ci ildə isə Diplomatik Akademiyanı bitirən Karlov 1976-cı ildən bəri diplomatik sahədə işlərini davam etdirib.
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində, həmçinin xarici səfirliklərdə vəzifə alıb. 1976-1981 və 1984-1990-cı illərdə SSRİ-nin Şimali Koreyadakı səfirliyində, 1992-1997-cı iilərdə isə Rusiyanın Cənubi Koreya Respublikasındakı səfirliyində fərqli vəzifələrdə işləyib.
Karlov 2001-2006-cı illərdə Şimali Koreyanın səfiri vəzifəsini icra edib. 2007-2013-cü illərdə isə ölkəsinin Xarici İşlər Nazirliyinin konsulluq işləri üzrə baş katibin müavini və rəhbəri olaraq işləyib.
Səfir Karlov 2013-cü ilin iyul ayından Rusiyanın Ankaradakı səfiri olaraq vəzifəsini davam etdirirdi. Koreya və ingilis dilini bilən səfir evli və bir uşaq atası idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button