Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir

Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Seçkinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müxalifət lideri Kamal Kılıcdaroğlu mübarizə aparır.

Mayın 14-də seçkilərin birinci turu keçirilib. Namizədlərdən heç biri qalib gəlmək üçün lazım olan 50% səs toplaya bilməyib. Seçicilərin 49,5%-i Ərdoğana, 45%-i Kılıcdaroğluna səs verib.

Seçkidə 5 faiz səslə üçüncü olmuş millətçi namizəd Sinan Oğan ikinci turda öz tərəfdarlarını Ərdoğana səs verməyə çağırıb.

Mayın 28-də keçirilən ikinci tur seçkilər Türkiyə cümhuriyyət tarixinin ən gərgin seçkilərindən biri hesab olunur. Beləki Türkiyəki bu seçkilər ölkənin cənub-şərqində 50 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələnin nəticələri də daxil olmaqla bir sıra narahatlıqlar dövrünə təsadüf edib.

Ötən il Türkiyədə inflyasiya 80%-i keçib. Ərdoğanı tənqid edənlər onun yenidən seçiləcəyi təqdirdə ölkənin nəhayət avtokratiyaya çevriləcəyindən ehtiyat edirlər.

Kamal Kılıcdaroğlu seçki kampaniyası zamanı bəyan etmişdi ki, hakimiyyətə gəlsə, ölkdə “bir neçə illik dövlət repressiyasından sonra demokratiyanı dirçəldəcək” və Qərblə əlaqələri bərpa edəcək yeni məcraya yönəldəcək.

O, həmçinin Rusiya ilə dostluq münasibətlərini qoruyacağına söz verib, lakin seçkiyə bir neçə gün qalmış Kılıçdaroğlu Kremli seçki kampaniyasının gedişinə müdaxilə etməkdə ittiham edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button