Türkiyədə seçkidən sonra inşaat firmalarının səhmləri ucuzlaşıb

Yayımlandı: 1 Aprel 2024 17:04

İstanbulda yerləşən Boğaziçi Beton Sanayi Ve Ticaret A.Ş.-nin səhmləri də 10 faizədək azalıb

Müxalifət seçkilərində qalib gəldikdən sonra türk inşaat firmalarının səhmlərində çöküş qeydə alınıb.

Belə ki, investorların meqa layihələr üçün hakim partiyanın vədlərinə inamları azalıb.

“Bloomberg” yazır ki, Türkiyənin hakim partiyası bələdiyyə seçkilərində görünməmiş məğlubiyyətə uğradıqdan sonra aprelin 1-də inşaat firmalarının bəzilərinin səhmlərində enmələr olub.

Bu, hökumət tərəfindən dəstəklənən meqa layihələrin reallaşma ehtimalını azaldıb.

Məsələn, əvvəllər hakim AKP-nin İstanbul bələdiyyə başqanlığına namizədi Murat Kurumun rəhbərlik etdiyi firma, 48 üzvlü Borsa İstanbul GYO indeksi 4,5 faizədək geriləyib.

Kurumun seçki vədləri arasında 650.000 yeni mənzil tikmək var idi, lakin bunun əvəzinə müxalifətdən olan bələdiyyə sədri Əkrəm İmamoğlu 11 faiz fərqlə mandatını daha beş il uzadıb.

Seçkilərin nəticəsindən sonra İstanbulda yerləşən Boğaziçi Beton Sanayi Ve Ticaret A.Ş.-nin səhmləri də 10 faizədək azalıb. Bu da sement istehsalçılarına təsir edib. Türkiyənin ən böyük şəhərindəki digər böyük sement istehsalçısı Akcansa Cimento AŞ 6%-dən çox dəyər itirib.
İstanbulda fəaliyyət göstərən portfel meneceri “Marmara Capital”-ın idarəedici tərəfdaşı Haydar Acun bildirib ki, belə hərəkətlər olduqca qısamüddətli və psixolojidir:

 “Ehtimal ki, pərakəndə investorlar tərəfindən idarə olunur”.

Türkiyənin etalon Borsa İstanbul 100 indeksi saat 13:07-ə 1,7 faiz ucuzlaşıb. Yerli vaxtla səhmlərin 84-ü ucuzlaşıb, 16-sı isə yüksəlib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button