Türkiyədən xəbərdarlıq: “Dərhal vuracağıq”

tank-atesi

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PYD-nin Azez-Cerablus xəttində Menbici ələ keçirəcəyi ilə bağlı yayılan iddialara cavab verib.

Hərbi səlahiyyətlilər bölgədə baş verən hadisələrin yaxından izlənildiyini, lazım gələrsə, cavab veriləcəyini deyib.

“Anadolu Agentliyi”nə danışan hərbi qaynaq PYD-nin Menbici İŞİD-dən alıb Azez-Cerablus xəttinə hücum etməsi ilə bağlı hazırlıq gördüyünü təsdiq edib. Lakin ABŞ-ın PYD qüvvələrinə dəstək verəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

“PYD Azez-Cerablus xəttinə doğru yönələrsə, Türkiyə buna cavab verəcək. Silahlı Qüvvələr Suriya torpaqlarına girmədən PYD qüvvələrini vurmağa hazırdır”.

Xatırladaq ki, Suriya İnsan Haqları təşkilatı PYD-nin ABŞ-ın hava dəstəyi ilə Menbicə girəcəyini iddia edib

Axar.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button