“Türkiyəninə Vaşinqtonda çox az dostu qalıb” –ABŞ-Türkiyə əlaqələri uçurumun kənarındadırmı?

Onur Ant, Selcan Hacaoğlu

“Bloomberg”, 17.04.2019

Rəcəb Tayyib Ərdoğan bəlkə də Donald Trampdan edə biləcəyindən daha çox şey gözləyir. Türkiyə prezidenti, həmçinin ən böyük diplomatik küsülülüyü aradan qaldırmağa və iqtisadi tənəzzülə maneə törətməyə çalışır.

Ərdoğan bu həftə maliyyə naziri olan kürəkəni də daxil olmaqla, ən yaxşı köməkçilərini ABŞ-a göndərib. Onlar amerikalı rəsmiləri Rusiyadan hava hücumundan müdafiə sisteminin satın alınması ilə bağlı Birləşmiş Ştatlar sanksiyalarının hədəfi olmamağa razı salmalıydı. Məqsəd həm də Yaxın Şərqin ən böyük iqtisadiyyatını xilas etmək və daha çox siyasi qarışıqlıq perspektivindən narahatlıq keçirən ABŞ sərmayəçilərini sakitləşdirmək idi.

Tramp-Ərdoğan kanalı hər iki liderin Suriya siyasəti, ticarət və NATO ilə bağlı fikir ayrılıqlarını uzlaşdırmaq üçün istifadə olunub. İndi Ərdoğanın qarşılaşdığı problem budur ki, Trampın ona olan yaxınlığı (bir dəfə Türkiyə liderini “çox yüksək qiymətləndirdiyini” söyləyib) ölü bir son ola bilər.

Vaşinqtondakı Yaxın Şərq İnstitutu Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Gönül Tol bildirib: “Türkiyəninə Vaşinqtonda çox az dostu qalıb. Trampın türklərə verdiyi vədlərə baxmayaraq, Vaşinqtonda digər oyunçuları var, onlar Ərdoğanın getdikcə təcavüzkarlaşan siyasətinə dözümlü olmaqdan imtina edirlər”.

2002-ci ildə hakimiyyətə gələndən bəri Ərdoğan Türkiyəsi daha çox təcridlənmiş vəziyyətə düşür, ölkəni zəiflədən və təhdid edən bir sıra hadisələr zənciri yaranır.

İqtisadi itkilər

İqtisadiyyat, keçən ilki valyuta böhranından sonra onillik ərzində ilk tənəzzül dövrünə girib və Beynəlxalq Valyuta Fondu 2019-ci ildə iqtisadiyyatın 2% azalacağını proqnozlaşdırır. Ərdoğanın liderlik mövqeyi dəyişməyib, amma AK Partiya gözlənilmədən Türkiyəyə nəzarətini itirır. 31 Mart yerli seçkilərində ən böyük şəhərlər müxalifətə keçib.

Çərşənbə axşamı AKP İstanbulda bələdiyyə seçkilərinin təkrarlanmasını tələb edib. Ana müxalifət partiyası namizədinin qalib gəldiyini bəyan edib. Yüksək Seçki Qurumunun yekun qərarı elan edəcəyi zaman isə aydın deyil.

Londondakı “Teneo Intelligence”-in həmsədri Volfanqo Pikkoli bildirib ki, “bu, təkəbbür, anlamsızlıq və problemlərin gücləndiyini qəbul etməmənin qarışığıdır”.

Ərdoğanın ən çətin problemi “S-400” hava hücumundan müdafiə sistemini Rusiyadan aldığı təqdirdə, Türkiyənin “Lockheed Martin Corp.”-un “F-35” təyyarəsinin satın alınması və istehsalından kənarda qalmaq təhdididir.

“S-400” müqaviləsini ləğv etmək mümkündür. Amma Türkiyə Suriya səmasında rus təyyarəsini vurması və bir sıra təmasların ardınca Ərdoğan bu vədinə xilaf çıxmayacağı barədə Vladimir Putinə söz verib.

Sanksiyalar

Həqiqətən, raket probleminin qapılı həlli Türk iqtisadiyyatını gücləndirəcəkdi. O, ötən il ABŞ-lı pastor Endrü Bronsonun Türkiyədə saxlanılması ilə bağlı sanksiya tətbiq ediləcəyi dövrdə valyuta böhranına əlavə olunub.

Tramp əvvəllər Ərdoğanın tərəfini tuturdu, sonra geri çəkilib. Ərdoğanla dekabr ayında danışıqlardan sonra, Türk prezidentinin çağırışına əsasən, Tramp bütün qüvvələrini Suriyadan çıxaracağını açıqlayıb. Nəticədə, Tramp məsləhətçiləri və Avropa müttəfiqlərinin ricası ilə təxminən 400 əsgəri orada saxlamağa razı olub.

İngiltərədəki “Verisk Maplecroft”-un Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Entoni Skinner deyib: “Ərdoğan Rusiyadan “S-400” sisteminin satın alınması ilə bağlı sanksiyaların tətbiqinə Trampın müdaxilə etməyəcəyinə ümid edir. Türkiyə-ABŞ əlaqələrini uçurumun kənarında əvvəllər də görmüşük, problemlər güzəştlərlə həll edilib, ancaq Türkiyə satın almanı tamamlasa, bu işin sonu çirkin ola bilər”.

ABŞ səfəri zamanı maliyyə naziri Berat Albayrak bildirib k, Türkiyə Rusiyanın hava hücumundan müdafiə sisteminin alışı ilə bağlı birbaşa Trampla anlaşıb. Bazar ertəsi jurnalistlərə açıqlamasında o, “olduqca müsbət reaksiya”nın olduğunu deyib. Ağ Ev bu cür açıqlamaya dərhal cavab verməyib.

Pentaqon Çərşənbə günü müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahanın Türkiyənin müdafiə naziri Hulusi Akar ilə görüşdüyünü, yalnız onların “strateji tərəfdaşlar olaraq görüşdüklərini” və “mövqeləri deyil, maraqları” müzakirə etdiyini açıqlayb.

Zərərin məhdudlaşdırılması

Albayrak iqtisadiyyata inamı artırmağa çalışıb, onun ilk tənəzzüldən çıxdığını deyib. “Biz çətin bir dövrdən ən az ziyanla çıxdıq”.

Lirə keçən il dollarla müqayisədə dəyərinin təxminən üçdə birini itirib. Yüksək inflyasiya və işsizlik göstəricisi təxminən 15 il içində Ərdoğanı gözdən salıb. 31 Mart yerli seçkilərində böyük şəhərlərin gözlənilməz itkisinin səbəbi də budur.

İstanbul 1990-cı illərdə Ərdoğanın siyasi karyerasına başladığı şəhərdir. Ona nəzarəti itirən AKP “fövqəladə dəlillərlə etiraz”a baş vurub və təkrar seçki tələb edir.

Bundan başqa, ABŞ-ın müdaxilə perspektivi var ki, bu da milli valyutanın məzənnə itkisi və iqtisadi durumu daha da çətinləşdirə biləcək yeni iflas dalğasına səbəb ola, Ərdoğanın populyarlığında əks oluna bilər.

Türkiyənin Rusiyadan “S-400” almasına Konqres sanksiya ilə cavab ver bilər. ABŞ prezidenti və Dövlət Departamentinin buna veto tətbiq etməsi səlahiyyəti məhduddur.

Senator Lindsi xəbərdar etmək üçün türk lideri ilə yanvar ayında görüşüb və Ərdoğana mesajı çatdırıb.

Tərcümə: Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button