Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler,  Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz müşayiət edir.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button