Türkiyənin prezidenti və baş naziri – “Gülənin kuklaları”…

“Wikiliks” Fətulla Gülən haqda şok məqamlar açıqladı

“Wikiliks” saytı ABŞ dövlət departamenti və Ankaradakı Amerika səfirliyi arasında yazışmalarla bağlı yeni sənəd yayımlayıb. “Qafqazinfo”nun “Armenia Today” saytına istinadən verdiyi xəbərə görə, sənəddə ABŞ-ın Türkiyədəki səfiri Ceyms Ceffri 2009-cu ildə öz hökumətinə Türkiyə prezidenti və baş nazirinin mahiyyətcə “Gülənin kuklaları” olduğunu bildirib. Söhbət müsəlman din xadimi, hazırda ABŞ-da yaşayan Fətulla Güldən gedir. Səfir qeyd edib ki, Gülənin rəhbərlik etdiyi hərəkat faktiki olaraq Türkiyə hökumətini idarə edir. Onu antiamerika və antiisrail siyasəti yürütməyə məcbur edir. Ceyms, həmçinin Gülənin türk polisinə olan təsirini (sayı təxminən 200 min nəfər) sübut etməyin mümkün olmayacağını etiraf edib. Amerikalı səfir qeyd edib ki, hərəkat tərəfindən dünyanın hər yerində açılan məktəblər şagirdlərin “beynini yumaqla” məşğuldur. Səfir təkcə ABŞ-da 140 belə məktəbin fəaliyyət göstərdiyini deyib.

Səidə Teyyubqızı
qafqazinfo

Əlaqəli məqalələr

2 şərh

  1. Peyğənbərimiz(sas) və səhabələri Məkkədə daşa basılanda Həbəş kralı Nəcaşi onlara bağrını açdı, Peyğənbərin düşüncələrini qəbul elədi. İndi bizi də deyək ki, Nəcaşi Əfəndimizin kuklasıydı?…Bu nə axmaq təfəkkürdü. İndi Erdoğan da, A.Gül də görür ki bu kişinin “Haqqı təbliğ”dən başqa qayəsi yoxdu. İllərlə Türkiyədə Türk-Kürd bir-birini qırırdı, polisin, ordunun, medyanın qarışmadığı, qarışdırmadığı zibil qalmamışdı. Məhz F.Gülənin səyləri nəticəsində Türkiyə bu artıqlardan təmizlənir və dünyada indi-indi türk-islam dünyasının sözünü deməyə başlayır. Erdoğanı hamı tanıyır. Heç də kukla olası adama oxşamır. Gülənin fikrinə hörmət eləmək, onun kuklası olmaqmı deməkdir? Mən özünü görməsəm də Mirzə Cəlilin, Sabirin, Qənizadənin, Ağaoğlunun fikirlərini ruhuma daha yaxın hiss eliyirəm. Onlar necə məsləhət bilir bir növ elə yaşamaq istəyirəm. İndi demək mən artıq bunların quluyam və bullar da mənim “beynimi yuyub” eləmi..?

  2. …“Qafqazinfo”nun “Armenia Today” saytına istinadən verdiyi xəbərə görə…
    Siz artiq Armenia today saytinin xeberlerinden istifade edirsiniz!? Ar olsun size. Bes, “Armeni Today” Qarabagin kime oaid oldugunu da yazir???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button