Türkiyə millisi möhtəşəm qələbəylə mərhələ şansı yaxaladı + CƏDVƏL

“Avro-2016″da qrup mərhələsinin III turunun bu gün D qrupunda da iki oyun keçirilib.

Strateq.az xəbər verir ki, Türkiyə millisi Çexiya ilə üz-üzə gəlib. “Ay ulduzlular” 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalı idi. Və möhtəşəm oyunla bunu da bacardılar.

10-cu dəqiqədə Burak Yılmaz, 65-ci dəqiqədə isə Ozan Tufanın qolları ilə oyun 2-0 hesabı ilə türklərin xeyrinə başa çatdı. Bu qələbədən sonra Türkiyə milliləri digər qruplardakı 3-cü yeri tutan komandaların nəticələrindən aslı olaraq növbəti mərhələyə çıxmaq üçün ciddi şans yaxaladı.

Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə qarşılaşıb. Oyunda xorvatlar qalib gəlib – 2:1.

N Komandalar O Q H M T-F X
1
Xorvatiya
3 2 1 0 5-3 7
2 İspaniya 3 2 1 1 5-2 6
3 Türkiyə 3 1 0 2 2-4 3
4 Çexiya 3 0 1 2 2-5 1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button