Türkiyə-Naxçıvan yolu bağlanıb…

Əlverişsiz hava Türkiyənin şərqində ciddi fəsadlar yaradıb

Getdikcə güclənməkdə olan yaz yağışları və əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında bir sıra problemlər yaratmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Türkiyənin qərb bölgəsində baş verən güclü yağışlar və fırtına bu dəfə ölkənin şərqində müşahidə olunub. İğdır vilayətinin Aralıq və Qaraqoyunlu rayonları ərazisində davamlı daşqınlar baş verib, güclü külək evlərin damını atıb, əkin sahələrini sel basıb.

Daşqınlar səbəbindən bir neçə şosedə, eləcə də müvəqqəti bağlanan Türkiyə-Naxçıvan yolu bərpa və təmizlik işlərindən sonra yenidən nəqliyyatın hərəkətinə açılıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button