Türkiyə ordusu 500-ə yaxın terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi “Zeytun Budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirdiyi terrorçuların sayı 484 nəfərə çatıb.

Bu barədə “Anadolu” agentlliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, gecə saatlarında 7 hərbi təyyarə PKK, PYD, YPQ və İŞİD-ə məxsus bir neçə sığınacağı, silah-sursat anbarını və atəş nöqtələrini məhv edib.

Bundan əlavə, PKK, PYD, YPQ və İŞİD-ə məxsus daha 37 terrorçu zərərsizləşdirilib. Beləliklə, hərbi əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 484 nəfərə çatıb.

 

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin bölgəsində PKK, YPG və İŞİD terrorçularına qarşı aparılan “Zeytun budağı” əməliyyatı çərçivəsində yanvarın 27-də terror təşkilatlarına məxsus 42 obyekti və 53 terrorçunu məhv edib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  bəyanat yayıb.

“Şənbə günü Suriyanın Afrin rayonunda “Zeytun budağı” əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb”, – deyə bəyanatda bildirilir.

Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində indiyədək 447 terrorçu öldürülüb.

Məlumatda o da bildirilir ki, əməliyyatda iştirak etmiş 22 təyyarənin hamısı bazalara qayıdıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button